çərşənbə axşamı 21 aprel 2026 - 17:39
İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tədris üslubundan bəhs edən tələbəsi / Elmin dərin əzəmətinin təvazökarlıqla vəhdəti

Höccətül-İslam vəl-müslimin Purəmini bildirib ki, həzrət Ayətullah Seyid Müctəba Xameneinin tədris üslubu ənənəvi “monoloq” və təkcə müəllimin danışdığı metodlardan əsaslı şəkildə fərqlənirdi. O qeyd edib ki, ustad dərs mühitini birtərəfli çıxış məkanı kimi deyil, fikir mübadiləsinin və düşüncələrin toqquşduğu canlı bir müzakirə meydanı kimi dəyərləndirirdi.

Hövzə Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə İslam Mədəniyyəti və Düşüncə Tədqiqat İnstitutunun Sistemqurma Dairəsinin rəhbəri Höccətül-İslam vəl-müslimin Məhəmmədhüseyn Purəmini öz ustadı İslam İnqilabının Ali Məqamlı Rəhbəri həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin dərs və müzakirə üslubuna toxunaraq bu müsahibədə ilk dəfə olaraq beş istiqamət üzrə mühüm məqamları açıqlayıb.

Elmi heyətin üzvü bildirib ki, ustadın dərslərindən onun yaddaşında xüsusi olaraq seçilən əsas məqamlar aşağıdakılardır:

İslam İnqilabının Ali Məqamlı Rəhbərinin tədris üslubundan bəhs edən tələbəsi / Elmin dərin əzəmətinin təvazökarlıqla vəhdəti

Elmin əzəmətinin təvazökarlıqla vəhdəti

Mənim üçün bir müddət həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin dərslərində iştirak etmək və onun maarif xəzinəsindən bəhrələnmək böyük şərəf olub. Ustadın “ali dərəcəli dərsi”ndə iştirak etmək yalnız fiqh və üsul qaydalarını öyrənməkdən ibarət deyildi. Bu, həmçinin daha böyük bir təcrübə idi. Burada söhbət xüsusi bir “üslub”dan gedir ki, elmin dərin əzəməti səmimi və təbii təvazökarlıqla qovuşur.

Elmi səbr və geniş baxış

Ustadın dərs silsiləsində ən çox diqqət çəkən məqam onun “elmi səbr və geniş baxışı” və “tələbə” ilə “düşüncə”yə göstərdiyi dərin hörmət idi.

Fikir mübadiləsinin canlı mühiti

Ustadın tədris üslubu ənənəvi, birtərəfli “təlim” metodlarından köklü şəkildə fərqlənirdi. O, dərs mühitini təkcə nitq və izah məkanı deyil, fikir mübadiləsinin və düşüncələrin toqquşduğu canlı bir meydan kimi dəyərləndirirdi.

İctihad bacarığının formalaşdırılması

Dəfələrlə müşahidə olunurdu ki, ustad məsələni dəqiq izah etdikdən sonra axtarış dolu baxışlarla tələbələrə üz tutaraq deyirdi: “Siz izah edin... Siz irad bildirin.” Bu, sadəcə formal müraciət deyil, tələbədə ictihad bacarığının formalaşdırılmasına yönəlmiş əsaslı bir yanaşma idi.

Tənqid dərsin əsas prinsipi 

Ustad həqiqi mənada “irad və müzakirə”ni dərsin əsas prinsipi hesab edirdi. Sanki dərs fikir toqquşması olmadan keçərdisə, onun dəyəri və bərəkəti azalardı.

Elmi tənqid mədəniyyəti

Onun üslubunda diqqət çəkən digər mühüm məqam “tənqid etikası” idi. Böyük alimlərin fikirlərinə yönəlik kəskin elmi tənqidlər belə heç vaxt onların hörmətinə xələl gətirmirdi. Ustad ən sərt elmi mübahisələrdə belə onların adını böyük ehtiramla çəkir, tələbələrə göstərirdi ki, möhkəm arqumentasiya təvazökarlıqla ziddiyyət təşkil etmir.

Elmi azadlıq və tələbə fikrinə dəyər

Elmi azadlığın zirvəsi isə onun tələbə tənqidinə verdiyi dəyərdə özünü göstərirdi. Çox vaxt gənc bir tələbə ustadın arqumentinə cəsarətli irad bildirəndə, o, bunu açıq şəkildə qəbul edir və deyirdi: “Bu, böyük alimlərdən, məsələn mərhum Naini tərəfindən də irəli sürülmüş dəqiq bir iraddır.” Bu yanaşma tələbəyə özünü inkişaf etdirmək üçün güclü stimul verirdi.

Azadlıq və cəsarət üzərində qurulan düşüncə

Biz ustadın dərsində öyrəndik ki, ictihad yalnız rəsmi elmi mərtəbə deyil, azadlıq, cəsarət və həqiqət axtarışı üzərində qurulan bir həyat tərzidir. Onun dərs mühiti məhz bu ruhu əks etdirirdi. Burada sual vermək sadəcə cəsarət deyil, yüksək elmi dəyərlərə çatmaq üçün zəruri bir vəzifə idi.

Müsahibə: Əkbər Pustçiyan

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha